Azərbaycana metamfetamin keçirmək istəyən şəxs saxlanıldı
Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan piyada yolla Azərbaycana gələn İran vətəndaşı Akbari Meisam Feizollah oğlunun üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, şəxsi yoxlama nəticəsində onun üzərindən, ümumi xalis çəkisi 2,40 qram olan narkotik vasitə - həşiş qətranı, xalis çəkisi 0,641 qram olan narkotik vasitə - tiryək və xalis çəkisi 0,330 qram olan psixotrop maddə - metamfetamin aşkar edilərək götürülüb.
Xatırladaq ki, metamfetamin adlı preparat “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na daxildir.
Faktla bağlı təhqiqat aparılır.
Mənbə:> Oxu.Az