Azərbaycana düz bağırsağında narkotik gətirmək istədilər » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Azərbaycana düz bağırsağında narkotik gətirmək istədilər

Azərbaycana düz bağırsağında narkotik gətirmək istədilər


İrandan Azərbaycana narkotik gətirən iki nəfər saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Oxu.Az-a verilən məlumata görə, hər iki şəxs Astara Gömrük İdarəsində saxlanılıb.

Sərnişin şöbəsində Azərbaycan vətəndaşı Səxavət Əhmədovun üzərində şəxsi yoxlama zamanı onun düz bağırsağından 4 ədəd bükümdə, ümumi xalis çəkisi 41,050 qram tiryək aşkar olunub.

Digər Azərbaycan vətəndaşı Aqşin Şahbazlının üzərində şəxsi yoxlama zamanı isə onun düz bağırsağından 2 ədəd bükümdə, ümumi xalis çəkisi 21,275 qram heroin və xalis çəkisi 4,028 qram metamfetamin aşkar edilib.

Hər iki faktla bağlı təhqiqat aparılır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *