İrandan intim yerində heroin gətirən qadın saxlanıldı
Azərbaycan gömrükçüləri İrandan Azərbaycana narkotik vasitəsinin keçirilməsinin qarşısını alıblar.
Oxu.Az Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Könül Məmmədovanın üzərində şəxsi yoxlama zamanı ondan 4 ədəd bağlamada, ümumi xalis çəkisi 175.308 qram olan narkotik vasitə - heroin aşkar olunub.
Əldə etdiyimiz məlumata görə, qadın heroini intim yerində gizlədibmiş.
Mənbə:> Oxu.Az