“Zəm-Zəm” suyunda heroin aşkarlandı – Azərbaycanda
Gömrük Komitəsi məlumat yayıb.
İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxslər saxlanılıb.
Gömrük Komitəsindən Oxu.Az-a verilən məlumata görə, hadisə Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda qeydə alınıb.
İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan Respublikası vətəndaşları Qədirov Şirxan Balamir oğlu və Paşayev Zaur Böyükağa oğlunun hərəkətləri gömrük əməkdaşlarında şübhə doğurduğundan saxlanılaraq onlarla şifahi sorğu-sual aparılıb.
Əvvəlcə Qədirov Şirxan Balamir oğluna məxsus 1 ədəd selofan torbaya baxış keçirilib. Baxış zamanı selofan torbada üzərində “Zam Zam Natural Mineral Water” sözləri yazılmış 2 ədəd plastik qabların birindən 500 ml, digərində isə 90 ml olmaqla ümumilikdə 590 ml, təsiredici maddəsinin miqdarı isə 0,6 qram, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin”in II Siyahısına daxil olan metadon məhlulu aşkar olunub.
Daha sonra Qədirov Şirxan Balamir oğlunun üzərində şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı ona məxsus mobil telefonun içərisindən gömrük nəzarətindən gizlədilən, 2 ədəd bükümdə ümumi xalis çəkisi 0,373 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Paşayev Zaur Böyükağa oğlunun üzərində aparılan şəxsi yoxlama zamanı isə onun corabından gömrük nəzarətindən gizlədilən, 1 ədəd bükümdə xalis çəkisi 0,132 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.
Mənbə:> Oxu.Az