Azərbaycana metadon keçirmək istəyənlər saxlanıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Azərbaycana metadon keçirmək istəyənlər saxlanıldı

Azərbaycana metadon keçirmək istəyənlər saxlanıldı


Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Ehtiram Əliyevin çantasına baxış zamanı çantadan bir ədəd bükümdə, xalis çəkisi 2,73 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar olunub.

Komitənin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində isə İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Mahir Sadıqovun əl yüklərinə baxış zamanı təsiredici maddəsinin xalis çəkisi 4,0 qram olan 100 ədəd narkotik vasitə - metadon aşkar edilib.

Hər iki faktla bağlı təhqiqat aparılır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *