İran-Azərbaycan sərhədində əməliyyat: Saxlananlar var » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

İran-Azərbaycan sərhədində əməliyyat: Saxlananlar var

İran-Azərbaycan sərhədində əməliyyat: Saxlananlar var


İrandan Azərbaycan narkotik vasitə keçirmək istəyən şəxslər saxlanılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama zamanı ondan 17 ədəd xırda bükümlərdə olmaqla, ümumi xalis çəkisi 141,694 qram təşkil edən heroin aşkar olunub.

İrandan Azərbaycana piyada yolla gələn daha bir Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama nəticəsində isə ondan 2 ədəd bağlamada, ümumi xalis çəkisi 200,915 qram təşkil edən heroin aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı təhqiqat aparılır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *