İrandan Azərbaycana tiryək keçirmək istəyənlər saxlanıldı
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandam Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Zülfiyyə İzaulovanın üzərində şəxsi yoxlama zamanı 2 ədəd bükümdə, ümumi xalis çəkisi 68,820 qram olan narkotik vasitə - tiryək aşkar edilib.
Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.
Komitədən bildirilib ki, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn digər Azərbaycan vətəndaşı Anar Kərimovun üzərində şəxsi yoxlama zamanı isə onun daxili orqanında (düz bağırsağında) ayrı-ayrı bükümlərdə müxtəlif narkotik vasitələr aşkar olunub.
Belə ki, adı çəkilən vətəndaşdan 1 ədəd bükümdə, xalis çəkisi 0,84 qram olan həşiş, 1 ədəd bükümdə, xalis çəkisi 1,0 qram olan qurudulmuş marixuana, 1 ədəd bükümdə isə xalis çəkisi 6,10 qram olan metadon adlı preparat aşkar edilərək götürülüb.
Qeyd edək ki, hər iki faktla bağlı təhqiqat aparılır.
Mənbə:> Oxu.Az