Cəlilabadda 17 yaşlı qız intihar etdi
Bu gün Cəlilabadda intihar hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Cəlilabad şəhərinin Azərbaycan küçəsində yaşayan 1999-cu il təvəllüdlü Səbinə Ümidvar qızı Quliyeva evlərinin birinci mərtəbəsində özünü iplə asaraq intihar edib.
17 yaşlı qızın özünü hansı səbəbdən öldürdüyü hələlik məlum deyil.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Mənbə:> Oxu.Az