Azərbaycanda bir gecədə iki intihar » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal, Foto

Azərbaycanda bir gecədə iki intihar – FOTO

Azərbaycanda bir gecədə iki intihar


Azərbaycanda iki intihar hadisəsi baş verib.

AzNews.info APA-ya istinadən xəbər verir ki, Şirvan şəhəri, 1 May küçəsi 5 ünvanında şəhər sakini, 1998-ci il təvəllüdlü Günəşov Baladadaş İsa oğlu yaşadığı evin tavanından özünü asaraq intihar edib.

Onun meyitini səhər saatlarında asılmış vəziyyətdə aşkar edilib.

İntiharın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hazırda gəncin meyiti müayinə üçün Şirvan Məhkəmə tibbi ekspertiza və Pataloji Anatomiya mərkəzinə verilib.

Faktla bağlı Şirvan prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Digər intihar hadisəsi Xırdalan şəhərində baş verib.

Şəhərin Heydər Əliyev prospektində yerləşən çoxmərtəbəli binanın 9 -cu mərtəbəsindən kişi özünü yerə atıb.

O, zərbədən dünyasını dəyişib.

Hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin və rayon Prokurorluğunun əməkdaşları cəlb edilib. İlkin araşdırma zamanı məlum olub ki, intihar edən şəxs binanın 9-cu mərtəbəsində yaşayan Hacıyev Cavid Mobil oğludur.

Meyit müayinə olunması üçün Respublika Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinə göndərilib.

APA-nın hadisə yerində olan əməkdaşı dəqiqləşdirib ki, 31 yaşlı Cavid Hacıyev özünü pəncərəsindən atdığı mənzildə ailəsi ilə yaşayıb. Gənc ailənin azyaşlı qızı var. Qonşular Cavid Hacıyevi sakit xarakterli şəxs kimi tanıyır.

Bir neçə gündür ki, onun həyat yoldaşı və qızı harasa gedib və Cavid Hacıyev mənzildə tək yaşayıb. Mayın 30-u gecə saatlarında evə gələn Cavid Hacıyev üzərindəki qızıl əşyaları, saatını və pulunu evə qoyaraq, özünü pəncərədən atıb.

İntiharın hansı səbəbdən baş verdiyi məlum deyil. İlkin ehtimala görə, Cavid Hacıyev ailəsində yaranmış münaqişə üzündən intihar edib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (“Özünü öldürmə həddinə çatdırma”) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Azərbaycanda bir gecədə iki intihar
Azərbaycanda bir gecədə iki intihar

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *