14 yaşlı məktəbli qız intihar etdi
Bakının Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 20-də rayon sakini, 2001-ci il təvəllüdlü Nəzrin Rəhman qızı Məmmədova yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb. O, ailə üzləri tərəfindən təcilli olaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, yeniyetmə qızın həyatını xilas etmək mümkün olmayıb və o, aldığı xəsarətdən xəstəxanada ölüb.
İntihar edən qızın orta məktəbdə oxuduğu bildirilir.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Mənbə:> AZXEBER.COM