Bakıda 48 yaşlı kişi özünü qaz borusundan asdı

Bakıda intihar hadisəsi baş verib.
AzNews.info-nun Lent.az-a istinadən məlumatına görə, Yasamal rayonu Şərifzadə küçəsi 73 ünvanında yaşayan 1967-ci il təvəllüdlü Soltanov Tərlan Süleyman oğlu özünü asaraq intihar edib. 48 yaşlı kişinin mənzilin dəhlizindən keçən qaz borusundan asılı vəziyyətdə qalmış meyitini evə gələn qohumları aşkarlayıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.
Mənbə: Lent.az