Cəlilabadda maskalılar gənc oğlanı oğurladılar » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Cəlilabadda maskalılar gənc oğlanı oğurladılar – FOTO

Cəlilabadda maskalılar gənc oğlanı oğurladılar


Cəlilabad rayonunda maskalı şəxslər tərəfindən qaçırılan gənc bir gündən sonra yaşadığı ərazinin yaxınlığında huşsuz vəziyyətdə tapılıb.

AzNews.info “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Stansiya adlanan ərazisində qeydə alınıb.

Belə ki, 20 yaşlı Radil Mirzəyevə naməlum şəxslər hücum edib. Həmin şəxslər tərəfindən döyülərək huşsuz hala düşən R.Mirzəyev yaxınlıqdakı yarımtikilidə bir gün saxlanılıb. Yaşadığı evdən bir qədər aralıda tapılan R.Mirzəyev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.

Xəstəxanadan bildirilib ki, Radil Mirzəyev döyülərək bədəninin müxtəlif nayihələrindən xəsarətlər alıb:

“Yaralı ağır vəziyyətdə xəstəxanaya gətirilib. İlkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. O, bədən və baş nahiyəsindən xəsarət alıb. Radil Mirzəyevin baş nahiyəsində iynə izi aşkarlanıb. Xəstə baş nahiyəsinə həmin şəxslər tərəfindən iynə vasitəsilə naməlum maye vurulduğunu bildirir. Həmin mayenin hansı maddə olduğu aparılan ekspertizadan sonra məlum olacaq”.

Zərərçəkən Radil Mirzəyev ona hücum edənlərin dörd nəfər maskalı şəxs olduğunu bildirib.

Hadisə ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinə (RPŞ) məlumat verilib. Həmin şəxslərin tapılaraq istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Cəlilabadda maskalılar gənc oğlanı oğurladılar

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *