Cəlilabad sakini Bakıda damdan yıxıldı
Axşam saatlarında paytaxtın Binəqədi rayonu 9-cu mikrorayonda bədbəxt hadisə baş verib. 35 yaşlı Cəlilabad rayon sakini Nəsirov Zaur Əli oğlu 5-ci mərtəbədən yıxılaraq ağır bədən xəsarətləri alıb. Bacısının bildirdiyinə görə, o anten düzəldərkən ani diqqətsizlik səbəbindən yıxılıb.
Yaralı dərhal 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Xəstəxananın qəbul şöbəsindən bildirdilər ki, sol bud və daban sümüyünün sınığı diaqnozu ilə gətirilən Zaur Nəsirov reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda xəstənin vəziyyəti ağır olaraq qalır. Faktla bağlı ərazi üzrə polis idarəsində araşdırma aparılır.
Mənbə:> ANSPRESS