Türkiyədə bıçaqlı şəxslər liseyə hücum ediblər: Çoxlu yaralı var

Türkiyənin Batman vilayətində bıçaqla silahlanmış naməlum şəxslər liseyə hücum ediblər.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, silahlılar 15-20 dəqiqə ərzində 10 şagirdə bıçaqlayıblar, sonra isə hadisə yerindən qaçıblar.
Yaralıların hamısı yaxınlıqda yerləşən xəstəxanaya çatdırılıb.
Hal-hazırda polis cinayətkarların saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparır.
Mənbə: Oxu.Az