Türkiyədə polis bölməsinə hücum: 2 ölü, 4 yaralı
Traktor partladılıb.
Türkiyənin Ağrı vilayətində polis bölməsi yaxınlığında törədilmiş partlayış nəticəsində iki nəfər ölüb, 24 nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Anadolu agentliyi yazır.
Məlumata əsasən, yerli vaxtla saat 03:00-da polis bölməsi yaxınlığında 2 ton çəkiyə qədər partlayıcı maddə ilə doldurulmuş traktor partladılıb.
Mənbə:> Oxu.Az