PKK məktəbə basqın etdi, 20 müəllimi qaçırdı » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Kriminal

PKK məktəbə basqın etdi, 20 müəllimi qaçırdı

PKK məktəbə basqın etdi, 20 müəllimi qaçırdı


PKK silahlıları Türkiyədə 20 müəllimi qaçırıb.

ANS PRESS-in məlumatına görə, beş ayrı-ayrı məktəblərdə dərs deyən 20 müəllim bu gün Şırnakın Silopi qəsəbəsində PKK terrorçuları tərəfindən qaçırılıb.

Xarici KİV-lər yazır ki, terroristlər məktəbdən qaçırdıqları müəllimləri bir müddət saxlayıb, onlara təşkilatlarını təbliğ ediblər, daha sonra isə buraxıblar.

Alınan məlumata görə, PKK-çılar Mahal mərkəzindəki Gazipaşa İbtidai məktəbinə, 23 Nisan orta məktəbinə, Sevgi İbtidai məktəbinə, Respublika İbtidai məktəbinə və Orta məktəbə hücum ediblər.

PKK məktəbə basqın etdi, 20 müəllimi qaçırdı

PKK-nın hücum etdiyi məktəblərin yerləşdiyi ərazi


Qaçırılan müəllimlərin dərs keçdikləri vaxt, sinifdən, şagirdlərin gözü qarşısından zorla aparıldığı deyilir. Hadisədən sonra şagirdlər evlərinə buraxılıblar.

Sərbəst buraxılan müəllim Rayon Təhsil Müdirliyinə gələrək, vəziyyəti müdirlikdəki nümayəndələrə izah ediblər.

Şırnak Rayon Təhsil müdiri Əhməd Alagöz də mahala gələrək müəllimlərlə görüşüb.

Ötən gün isə DHKP-C-nin (İnqilabçı Xalq Qurtuluş Partiyası) silahlıları litsey tələbələrini girov götürüb. Hadisə İstanbul şəhərində - Qazi Məhəlləsində olub. Türkiyə mətbuatında bildirilib ki, eyni zamanda MLKP (Marksist Leninist Kommunist Partiyası) kimi adlandırılan bu terror qruplaşması türk polislərinin əməliyyatlarından sonra itkilər verib.

Bildirilir ki, məhz bu səbəbdən bu dəfə terror qruplaşması lisey tələbələri olan üzvlərindən istifadə edib. Belə ki, liseyə hücum edən şəxslər elə həmin təhsil müəssisəsinin tələbələri olub.

PKK məktəbə basqın etdi, 20 müəllimi qaçırdı

Terroristlərin litseyin divarına yapışdırdıqları şüar


Türk mətbuatı liseyə 15 nəfərin hücum etdiyini qeyd edib. Sinif otağının pəncərələrinə, binanın divarlarına şüarlar asan terrorçular tələbələri siniflərdən çıxarmağa çalışıblar.

Lakin qısa müddət ərzində polislər hadisə yerinə gəliblər. Polisin müdaxiləsindən sonra terrorçu tələbələr qaçıblar.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *