Əhməd Davudoğlunun iqamətgahında atışma » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Kriminal, Dünya

Əhməd Davudoğlunun iqamətgahında atışma

Əhməd Davudoğlunun iqamətgahında atışma


Əhməd Davudoğlunun iqamətgahında atışma

İstanbulda “Dolmabahçe” sarayının girişində atışma olub.

Publika.az xəbər verir ki, “Hürriyət”in yazdığına görə, sakinlər həmin ərazidə partlayış səsləri eşidiblər.

Məlumata görə, iki silahlı şəxs sarayın qarşısında dayanan polis əməkdaşlarına atəş açıb. Şahidlər bildirilər ki, həmin şəxslər əl bombası partladıblar.

Bosfor körfəzinin sahilində, İstanbulun əsas turistik ərazisində yerləşən “Dolmabahçe” sarayı həm də Türkiyə baş naziri Əhməd Davudoğlunun iqamətgahıdır. Həmin vaxt baş nazirin paytaxt Ankarada olduğu xəbər verilir...

**

Son məlumatlara görə isə İstanbuldakı “Dolmabahçe” sarayının girişində baş vermiş atışmanın görüntüləri yayılıb.

Türkiyə mediası xəbər verir ki, görüntülər sarayın qarşısındakı təhlükəsizlik kameraları ilə qeydə alınıb.

Məlumata görə, sarayın qarşısına gələn və “İnqilabçı Xalq Qurtuluş Partiyası – Cəbhəsi” (DHKP-C) terror təşkilatının üzvü olduqları müəyyənləşdirilən 2 nəfər qumbara atdıqdan sonra polisə silahla atəş açıb. Polislərin cavab atəşi açmasından sonra silahlı şəxslər hadisə yerindən qaçıblar. Atışmada bir polisin yüngül yaralandığı bildirilir.

Təqib olunan terrorçular Almaniyanın İstanbuldakı baş konsulluğunun yaxınlığında saxlanılıb. Onların avqustun 8-də AKP-nin İstanbaldakı qərargahına hücum edən şəxslər olduğu müəyyənləşdirilib.

Mənbə: Publika.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *