“Boko Haram”dan hücum: 30 ölü
Kamerunda “Boko Haram” qruplaşması hücum reallaşdırıb.
ANS PRESS-in məlumatına görə, “Boko Haram” qruplaşması silahlıları Kamerunun şimalında yerləşən Mbalyuel kəndinə hücum ediblər. Nigeriya sərhədi ilə bir neçə kilometr məsafədə yerləşən kəndin dinc sakinləri hhücumun qurbanı olub.
“Hücum nəticəsində 30 nəfər dinc sakin həlak olub. Ətaflı məlumata sahib deyilik. Bölgəyə ordu qüvvələri cəlb edilib, onlardan əlavə məlumat almağa çalışacağıq”, deyə yerli hakimiyyət nümayəndəsi Miyavu Bikari bildirib.
Qeyd edək ki, “Boko Haram” qruplaşması (mənası “Qərb quruculuğu - günahdır”) 2002-ci ildə yaradılıb. Bu qruplaşma ölkədə şəriət qanunlarının qurulmasını tələb edirlər. Onlar minlərlə insanın həyatına vəhşicəsinə son qoyub, yüzlərlə insanı oğurlayıb, çoxlu sayda insanların evlərini yandıraraq çöldə qoyublar.
Mənbə:> ANSPRESS