Qaçırılan 200-dən çox qız qaytarılır
Nigeriya hökuməti ilə "Boko Haram" terror qruplaşması arasında atəşkəs elan edildiyi iddia olunur.
ANS PRESS-in məlumatına görə, atəşkəs çərçivəsində qruplaşma tərəfindən qaçırılan 200-dən çox qız şagirdin azad ediləcəyi bildirilir.
Nigeriya Beynəlxalq İnformasiya Mərkəzinin rəsmisi Mike Omeri bildirib ki, hökumət və "Boko Haram" təmsilçiləri arasında keçirilən görüüşdə qaçırılan 200-dən çox qızın təhlükəsiz şəkildə geri qaytarılması və ölkənin şimal-şərqində sülhün bərqərar edilməsilə bağlı danışıqların davaç etdirilməsi haqqında razılıq əldə olunub.
Omeri atəşkəsin bu gündən qüvvəyə mindiyini deyib.
Qeyd edək ki, "Boko Haram"ın son 6 ayda etdiyi hücumlar nəticəsində təqribən təhlükəsizlik orqanlarının 2 min əməkdaşı həlak olub.
Mənbə:> ANSPRESS