Bakıda güllə səsləri: 21 yaşlı gənc vuruldu
Bakıda 21 yaşlı gənc güllələnib.
AzNews.info APA-ya istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, Xətai prospektindəki “Şərq bazarı”nın yaxınlığında qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Rzayev Emil Sülfi oğlu mübahisə zəminində hələlik kimliyi məlum olmayan şəxs tərəfindən tüfənglə güllələnib. Yaralı təcili yardım maşını ilə dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Ayağından yaralanan 21 yaşlı gənc dərhal əməliyyat olunub. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti hələlik orta ağırdır.
Hadisə yerinə Nərimanov rayon Polis İdarəsinin əməkdaşları gələrək araşdırmalara başlayıblar. Polisdən verilən məlumata görə, 21 yaşlı Rzayev Emil Sülfi oğlunun kim tərəfindən, hansı səbəbdən güllələndiyi aparılan araşdırmalardan sonra məlum olacaq.
Mənbə:> APA