Gəncədə 21 yaşlı gənc bıçaqlandı
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Şəhər sakini 21 yaşlı İlqar Ağayev bıçaq xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.
AzNews.info-nun Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, həkimlər dərhal yaralının əməliyyat otağına götürüb.
İlkin müayinədən sonra xəsarətin ciddi olduğu üzə çıxıb.Hazırda reanimasiya şöbəsinə yerləşdirilən gəncin vəziyyəti orta ağır kimi qiymətləndirilir.
İlqar Ağayevin kim tərəfindən bıçaqlanması hələlik məlum deyil.
Polis bu istiqamətdə araşdırmalarını davam etdirir.
Mənbə:> Kəpəz TV