Bakıda silahlı insident: Gənc bıçaqlanaraq güllələndi » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Bakıda silahlı insident: Gənc bıçaqlanaraq güllələndi

Bakıda silahlı insident: Gənc bıçaqlanaraq güllələndi

Hadisənin səbəbləri araşdırılır.

Bakının Nərimanov rayonunda silahlı insident baş verib.

Oxu.Az-ın teleqraf.com-a istinadən xəbər verir ki, hadisə rayonun M.Məmmədov küçəsi, ev 16 ünvanının qarşısında qeydə alınıb. 1990-cı il təvəllüdlü Vüsal Feyzulla oğlu Babayev həmin ünvanda güllələnib. O, güllə yarası ilə xəstəxanaya gətirilib.

Xəstəxanada tibbi müayinə zamanı onun bədənində güllə yarası ilə yanaşı bıçaq xəsarəti də aşkar edilib. Vüsal Babayev həmçinin sol kürək və bud nahiyyəsindən xəsarətlər də alıb. Kliniki Tibbi Mərkəzin travmatologiya şöbəsində tibbi yardım alan Vüsal Babayevin səhhətinin qənaətbəxş olduğu bildirilir.

Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı “Makarov” tipli tapançaya aid iki ədəd giliz götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq), 228-ci (qanunsuz silah gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb. Hadisənin səbəbləri araşdırılır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *