QMİ-dən sabiq polisi öldürən şəxsin Sabir Həsənlinin kürəkəni olmasına MÜNASİBƏT » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

QMİ-dən sabiq polisi öldürən şəxsin Sabir Həsənlinin kürəkəni olmasına MÜNASİBƏT

QMİ-dən sabiq polisi öldürən şəxsin Sabir Həsənlinin kürəkəni olmasına MÜNASİBƏT


Qafqaz Müsəlmanları İdarəsi (QMİ) avqustun 28-də Bakının Nizami rayonunda baş verən qətl hadisəsini törədən şəxsin QMİ sədrinin müavini, “Heydər” məscid-kompleksinin rəhbəri Hacı Sabir Həsənlinin kürəkəni olması barədə yayılan xəbərlərə münasibət bildirib.

QMİ-nin mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, öldürülən, yaxud ölən şəxsin Hacı Sabir Həsənli ilə heç bir qohumluq əlaqəsi yoxdur.

Qeyd edək ki, bəzi saytlarda öldürülən sabiq polis işçisi Nadir İbrahimovun, bəzi saytlarda isə qətli törədən Rövşən Hacıyevin Hacı Sabir Həsənlinin kürəkəni olduğu yazılıb.

Xatırladaq ki, avqustun 28-də Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Nadir İbrahimov güllə yarası ilə 3 saylı şəhər kliniki xəstəxanasına daxil olaraq orada vəfat edib. Bununla bağlı aparılmış araşdırmalarla müəyyən edilib ki, həmin tarixdə saat 01 radələrində 1982-ci il təvəllüdlü Rövşən Həsənov Nadir İbrahimovla şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zəminində qabaqcadan razılaşdırılmaqla paytaxtın Nizami rayonu ərazisində təyin etdiyi görüş zamanı üstündə gəzdirdiyi “Makarov” markalı tapançadan ona 8 dəfə atəş açaraq xəsarət yetirib, hadisə yerindən özünə məxsus “Lexus” markalı 10-VM-006 dövlət qeydiyyat nişanlı avtomobillə uzaqlaşarkən “Chevrolet” markalı avtomobillə toqquşub. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış R.Məmmədov xəstəxanaya yerləşdirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, ekspert kriminalistin, şəhər prokurorluğu və rayon hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakları ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən 8 ədəd giliz, 3 ədəd güllə götürülüb və digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.

R.Həsənov sonradan rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə könüllü gələrək təslim olub və cinayətin aləti “Makarov” markalı tapançanı təhvil verib.

R.Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *