Adam öldürən sürücü tutuldu » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Avto

Adam öldürən sürücü tutuldu

Adam öldürən sürücü tutuldu


Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü müəyyən edilərək tutulub.

Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, fevralın 12-də saat 20 radələrində rayonun Sabunçu qəsəbəsi ərazisində naməlum avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını pozaraq piyada - 1972-ci il təvəllüdlü Həsənov Mahir Qılıncxan oğlunu vurub hadisə yerindən qaçıb.

M.Həsənov aldığı xəsarətlərdən xəstəxanada ölüb. Faktla bağlı Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin “İSUZU” markalı 90-RJ-463 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü 1963-cü il təvəllüdlü Səmədov Yusif Əsgər oğlu tərəfindən törədilməsində kifayət qədər əsaslı şübhələr yarandığından, o, tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *