Keçmiş polisi öldürənin kriminal aləmlə əlaqəsi olub » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Foto, Video

Keçmiş polisi öldürənin kriminal aləmlə əlaqəsi olub – FAKTLAR (VİDEO+FOTO)

Keçmiş polisi öldürənin kriminal aləmlə əlaqəsi olub


Avqustun 28-nə keçən gecə Nizami rayon Əzimzadə küçəsi 20 ünvanında baş vermiş dəhşətli qətl hadisəsini törədən 1982-ci il təvəllüdlü Rövşən Həsənov barədə şok faktlar üzə çıxıb.

AzNews.info AzNews.az-a istinadən xəbər verir ki, keçmiş polis əməkdaşını güllələyərək öldürən həmin şəxs kriminal aləmə yaxın adam olub.

Məlumata görə, R. Həsənovun “oğru aləmi”ndə xeyli dostları var. Deyilənləri onun “Facebook” sosial şəbəkəsindəki statuslarından da görmək olar.

Keçmiş polisi öldürənin kriminal aləmlə əlaqəsi olub

Keçmiş polisi öldürənin kriminal aləmlə əlaqəsi olub


Daha çox kriminal xəbərləri paylaşan, bu sahəyə aid statuslar yazan Rövşən Həsənovun “oğru dünyasına” marağı dərhal görünür.

O statuslarından birində özü barədə demək olar ki, açıq məlumat verib:

“Biz qanuni oğrular deyilik, lakin anlayışlı insanlar bizə dəyər verirlər. Biz reket deyilik, lakin hamı bizimlə hesablaşır. Biz silahlanmamışıq, lakin həmişə təhlükəliyik. Bizi heç yerdə gözləmirlər, lakin bizi görməyə hər yerdə şaddırlar. Biz azıq, lakin biz vahidik. Biz – azərbaycanlılarıq”.

Keçmiş polisi öldürənin kriminal aləmlə əlaqəsi olub


Onun kriminal aləmlə yaxınlığını “Facebook” hesabında yayımladığı video da sübut edir. Doğum günündə çəkilmiş videoda meyxanaçılar - Rəşad Dağlı və Pərviz Bülbülə, yalnız kriminal aləmə aid meyxanalar deyir və Rövşən Həsənovu tanınmış avtoritetlərin davamçısı kimi təqdim edirlər. Hətta onlar söylədikləri meyxanaların birində “Vaxtında Mamed gedən yolları indi də Rövşən gedir aşikarə” deyə vurğulayıblar.

Keçmiş polisi öldürənin kriminal aləmlə əlaqəsi olub



Məlumat üçün qeyd edək ki, Rövşən Həsənəv ”Facebook”da öz adı ilə qeydiyyatdan keçmədiyi üçün həmin profili qeyd etmirik.

Bildirək ki, qeydiyyatdan keçdiyi ad da kriminal aləmə aid ləqəbdir.

Qeyd edək ki, N.İbrahimovu həmyerlisi Rövşən Həsənov aralarında yaranan münaqişə zəminində “Makarov” tapançasından açdığı 8 güllə ilə qətlə yetirib. Respublika Prokurorluğunun məlumatında bildirilir ki, saat 01 radələrində 1982-ci il təvəllüdlü Rövşən Həsənov Nadir İbrahimovu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zəminində “Makarov” markalı tapançadan ona 8 dəfə atəş açaraq qətlə yetirib.

Hadisə yerindən özünəməxsus “Lexus” markalı 10-VM-006 dövlət qeydiyyat nişanlı avtomobillə uzaqlaşarkən “Chevrolet” markalı avtomobillə toqquşub. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət almış R.Məmmədov xəstəxanaya yerləşdirilib.

Nadir İbrahimov 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılsa da, onu xilas etmək mümkün olmayıb. Hadisəni törədən Rövşən könüllü olaraq Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinə gələrək istintaqa təslim olub. O, “Makarov” markalı tapançanı və patron darağını təhvil verib.

Qətlə yetirilən 1975-ci il təvəllüdlü Nadir İbrahimov keçmiş polis işçisi olmaqla yanaşı, adı qalmaqallarda hallanan “Butastone” tikinti şirkətinin təsisçilərindən biri olub. Daha maraqlı fakt isə budur ki, qətlə yetirilən N.İbrahimov həmin şirkətdə şəriki olan Namiq Əsədovla uzun müddətdir ki, konfliktdə imiş. N.Əsədov isə bir müddət əvvəl “Beynəlxalq Bank işi” ilə əlaqədar tutulan və daha sonra sərbəst buraxılan iş adamı Nizami Piriyevin qaynıdır.

Mənbə: AzNews.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *