Bakıda güllələnən keçmiş polis əməkdaşı kimdir? » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Foto

Bakıda güllələnən keçmiş polis əməkdaşı kimdir? – FOTO

Bakıda güllələnən keçmiş polis əməkdaşı kimdir?


Azərbaycan paytaxtında baş verən silahlı insidentin bəzi təfərrüatları məlum olub.

AzNews.info xəbər verir ki, Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qətlə yetirilən şəxs keçmiş polis əməkdaşı 1975-ci il təvəllüdlü Nadir Fəxrəddin oğlu İbrahimovdur.

Milli.Az saytının məlumatına görə, bir müddət əvəvəl polisdən ayrılan N.İbrahimov biznesmen idi.

Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, qanlı hadisə qız üstündə olub.

Tərəflərdən birinin sevdiyi qızın telefonuna zəng gəlib. Telefonu qızın sevgilisi götürüb və görüş təyin ediblər. İlkin ehtimala görə, atışma da məhz elə qız üstündə mübahisədən yaranıb.

N.İbrahimov idarə etdiyi 90 SF 333 nömrə nişanlı “Lexus” markalı maşınla qara rəngli, 10 VM 006 dövlət qeydiyyatlı nömrə nişanlı “Lexus” markalı maşını idarə edən R. Həsənovla Nizami Rayonunda görüşüb.

Bu zaman Rövşən Həsənov üstündə gəzdirdiyi “Makarov” markalı tapancadan İbrahimov Nadirə 8 güllə atıb.

N.İbrahimov Nadir 1 saylı Şəhər Xəstəxanasına çatdırılsa da, dünyasını dəyişib.

Bakıda güllələnən keçmiş polis əməkdaşı kimdir?
Bakıda güllələnən keçmiş polis əməkdaşı kimdir?
Bakıda güllələnən keçmiş polis əməkdaşı kimdir?
Bakıda güllələnən keçmiş polis əməkdaşı kimdir?
Bakıda güllələnən keçmiş polis əməkdaşı kimdir?
Bakıda güllələnən keçmiş polis əməkdaşı kimdir?
Bakıda güllələnən keçmiş polis əməkdaşı kimdir?

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *