Rövşən Lənkəranski beynəlxalq axtarışa verildi » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Rövşən Lənkəranski beynəlxalq axtarışa verildi

Rövşən Lənkəranski beynəlxalq axtarışa verildi


İtaliyanın hüquq-mühafizə orqanları azərbaycanlı “qanuni oğru” - kriminal aləmdə Rövşən Lənkəranski ləqəbi ilə tanınan Rövşən Canıyevi üçüncü səfər beynəlxalq axtarışa verib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat İnterpolun rəsmi saytında yerləşdirilib.

Rövşən Lənkəranski cinayətkar qruplaşmalarla işbirliyində, saxta sənəd gəzdirməkdə, qara pulların yuyulmasını təşkil etməkdə və zorla pul tələb etmədə təqsirləndirilir.

Məlumatda bildirilir ki, Canıyev yanvarın 27-si 1975-ci ildə Azərbaycanın Lənkəran şəhərində anadan olub, Azərbaycan və gürcü dilini bilir.

Xatırladaq ki, Rövşən Canıyev “oğru dünyası”nda böyük nüfuz sahibidir və “Rövşən Lənkəranski” kimi tanınır.

O, ilk dəfə 1996-cı ildə 2 il müddətində həbs edilib. Rövşən Canıyev atasının qatilini elə məhkəmə zalındaca güllələyib. Səbail Rayon Məhkəməsinin 4 mart 1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub. 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb olunub.

Qəsdən adam öldürməyə cəhd və qanunsuz odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun barəsində psixi müalicəyə göndərilməsi barəsində qərar çıxarıb.

2001-ci ildə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə R.Canıyev cinayət məsuliyyətindən azad edilib.

Rövşən Lənkəranski kriminal aləmin xaç atası sayılan “Ded Xasan” ləqəbli Aslan Usoyanın qətlinin təşkil edilməsində ən böyük fiqur sayılır. Bu qətldə onunla birgə “Merab Suxumski” Merab Canqveladzenin də adı hallanır. Xatırladaq ki, bu günlərdə Ermənistan paytaxtına toplaşan dünyanın müxtəlif ölkələrində yaşayan 100-ə yaxın kriminal avtoritet Rövşən Lənkəranskinin “qanuni oğru” adından məhrum edilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, ötən ilin avqustunda İnterpolun rəsmi saytında onun ikinci dəfə axtarışa verilməsi barədə məlumat yayılmışdı.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *