Tanışını güllələyən Nardaran sakini 9 il müddətinə cəzalandırıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Foto

Tanışını güllələyən Nardaran sakini 9 il müddətinə cəzalandırıldı – FOTO

Tanışını güllələyən Nardaran sakini 9 il müddətinə cəzalandırıldı


Bakı Ağır Cinayətlər Məhkəməsində Sabunçu rayon sakini Elxan Cəfərovun (1967-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1 (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və ya satma) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Oxu.Az xəbər verir ki, ötən il iyulun 18-də Nardaran qəsəbəsində Elxan Cəfərov şəxsi münasibətlərin aydınlaşdırılması zəminində ov tüfəngindən atəş açaraq qəsəbə sakini Süleyman Nuruzadəni (1957-ci il təv.) ağır yaralayıb, sonuncu 3 saylı klinik xəstəxanasına çatdırılarkən kəskin qanitirmədən dünyasını dəyişib.

Daxil olan məlumat əsasında cinayəti törədən şəxs Sabunçu RPİ 14-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təqdim edilib, ondan cinayətin aləti hesab olunan 16 kalibrli sənədsiz ov tüfəngi götürülüb.

Məhkəmə prosesində E.Cəfərov ittiham üzrə özünü təqsirli hesab edib. O, cinayəti özünə qarşı işlədilən təhqirlərə cavab olaraq törətdiyini bildirib və açıqlama verməkdən imtina edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Tanışını güllələyən Nardaran sakini 9 il müddətinə cəzalandırıldı
Tanışını güllələyən Nardaran sakini 9 il müddətinə cəzalandırıldı
Tanışını güllələyən Nardaran sakini 9 il müddətinə cəzalandırıldı
Tanışını güllələyən Nardaran sakini 9 il müddətinə cəzalandırıldı
Tanışını güllələyən Nardaran sakini 9 il müddətinə cəzalandırıldı
Tanışını güllələyən Nardaran sakini 9 il müddətinə cəzalandırıldı
Tanışını güllələyən Nardaran sakini 9 il müddətinə cəzalandırıldı

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *