Bakıda polis rəisi və oğlunu güllələyən Sabunçu sakini cəzadan narazıdır » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Bakıda polis rəisi və oğlunu güllələyən Sabunçu sakini cəzadan narazıdır

Bakıda polis rəisi və oğlunu güllələyən Sabunçu sakini cəzadan narazıdır


Bakı Apelyasiya Məhkəməsində Bakı ş. sakini Gülağa Lətifovun (1959-cu il təv.) CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını qəsdən öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və daha çox şəxsi qəsdən öldürmə), 29,120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 29,120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını qəsdən öldürməyə cəhd), 29,120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 188-ci (torpaq üzərində mülkiyyət hüququnu pozma) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Oxu.Az xəbər verir ki, ötən il fevralın 23-də saat 20:00 radələrində Sabunçu qəsəbəsindəki 68 saylı orta məktəbin yaxınlığında Gülağa Lətifov münaqişə zəminində qonşuluqda yaşayan Fərid Qədirova, Yusif Alpaşayevə, Akif Nəzərova və oğlu Asif Nəzərova “Vinçester” markalı odlu silahdan atəşlər açaraq hadisə yerindən qaçıb.

Yaralılar 3 saylı klinik xəstəxanasına çatdırılsalar da, əvvəl F.Qədirov, sonra isə Y.Əlpaşayev dünyasını dəyişiblər.

Daxil olan məlumatla əlaqədar hadisə yeri Sabunçu RPİ, 12-ci polis bölməsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən müayinə olunub, maddi sübut hesab olunan qan ləkələrinin nümunələri, odlu silah, şübhəli şəxsin evindən patronlar və bıçaq aşkar edilərək, götürülüb.

Araşdırma zamanı məlum olub ki, silahlı insident zamanı yaralanan Akif Nəzərov Suraxanı RPİ-nin rəis müavinidir, onun oğlu Asif Nəzərov isə 12-ci polis bölməsində təhqiqatçısıdır.

Səhərisi gün Gülağa Lətifov könüllü polisə təslim olub, cinayət işi istintaqın davam etdirilməsi üçün Bakı ş. prokurorluğuna verilib.

İstintaqla müəyyən olunub ki, Gülağa Lətifov müvafiq dövlət orqanlarının icazəsi olmadan və yerli icra nümayəndəliyi tərəfindən edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq həmin məktəblə üzbəüz yerləşən açıq idman meydançasında xeyir-şər evinin tikilməsi adı altında tikinti işləri aparmağa başlayıb.

Həmin torpaq sahəsinə özbaşına xeyli miqdarda mişar daşları və qum tökdürüb. Onun bu hərəkətləri növbəti dəfə ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub. Tikinti işləri başlanan zaman qəsəbə sakinləri Fərid Qədirov, Akif Nəzərov, Asif Nəzərov və Yusif Alpaşayev ondan bu hərəkətlərinə son qaymağı tələb ediblər.

Onun tökdürdüyü mişar daşlarını meydançanın kənarına yığarkən Gülağa Lətifov özünə məxsus “Nissan-Juke” markalı avtomaşınla ora gəlib və onlarla mübahisə edib.

Akif Nəzərov Gülağa Lətifova həmin yerdə tikinti apara bilməyəcəyini bildirib, digərləri də ona sağ-salamat oradan uzaqlaşmasını məsləhət görüblər.

Belə olan təqdirdə Gülağa 5-10 dəqiqəyə qayıdacağını deyərək, evə qayıdıb və silahı götürüb, hazır vəziyyətə gətirməklə ora qayıdıb. İnsident zamanı o ilk olaraq Akif Nəzərova, ardınca üzərinə gələn oğluna atəş açıb. Sonra isə mübahisənin qarşısını almağa çalışan Yusif Alpaşayev və Fərid Qədirova güllə atıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Lətifov ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək cəzasının müddətli cəza növü ilə əvəz olunmasını xahiş edib.

Prosesin baxışı avqustun 17-nə təyin olunub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *