Turizm şirkətləri manata görə iflas təhlükəsi ilə üz-üzə » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Turizm şirkətləri manata görə iflas təhlükəsi ilə üz-üzə

Turizm şirkətləri manata görə iflas təhlükəsi ilə üz-üzə


Azərbaycan Mərkəzi Bankının manatın kəskin devalvasiyası barədəki qərarı turizm şirkətlərinə böyük zərbə vuracaq, onların bir çoxunun hətta tam iflasa uğramasına gətirib çıxaracaq.

AzNews.info xəbər, bunu virtualaz.org-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

Manatın ucuzlaşmasından sonra ölkə iqtisadiyyatının turizm sektorunda gözlənilən vəziyyəti şərh edən N.Bağırov bildirib ki, populyar marşrutlar üzrə turların qiymətində artıq 30-40 faiz bahalaşma baş verib:

“Axı turizm şirkətləri aviaşirkətlər və otellərlə istisnasız olaraq yalnız dollar və avro ilə işləyir, yəni onlarla xarici valyuta ilə hesablaşırlar. Manatın kəskin və qəfil ucuzlaşması ona gətirib çıxardı ki, bir çox turizm şirkətləri həmin xarici tərəfdaşları ilə, yəni aviaşirkət və otellərlə satışı artıq əvvəlcədən həyata keçirilmiş turlara görə hesablaşa bilmirlər. Ona görə də əvvəlcədən yer və biletlər sifariş vermiş turizm şirkətləri ya bron yerləri geri qaytarıb bu turları ləğv etməli, ya da müştərilərindən əlavə ödəniş tələb etməlidirlər”.

Nahid Bağırov onu da bildirdi ki, turpaketlərin qiymətinin artması xaricdə dincəlməyə qərar vermiş turistlərin də sayını kəskin şəkildə azaldacaq, bu da turzim sektorunda əlavə problemlər yaradacaq.

“Əgər əvvəllər bir nəfərin turist səfəri tutaq ki, 1000 manata başa gəlirdisə, indi həmin səfərin qiyməti 1400 manat olacaq. Buna görə turizm şirkətlərini günahlandırmaq düzgün olmaz. Axı onlar özləri bu turpaketi xarici tərəfdaşlarından xarici valyuta ilə alırlar. Onu deyə bilərik ki, manatın yaz tətili günləri ərəfəsində ucuzlaşması turizm sektoruna öz mənfi təsirini göstərəcək. Xaricə dincəlməyə gedənlərin sayı azalacaq” - deyə AzTA sədri buldirdi.

N.Bağırovun sözlərinə görə, yerli turizm şirkətləri təkcə turların təşkili ilə məşğul olmur, onların həm də iri xarici şirkətlərlə korporativ turist səfərlərinin təşkilinə dair müqavilələri var:

“İri şirkətlər isə öz əməkdaşlarının xarici səfərlərinin xərcini heç də həmişə dərhal ödəmirlər. Müqavilələrə uyğun olaraq bu ödəniş ayın ya ortasında, ya da sonunda həyata keçirilir. Bəs bu ödənişləri artıq öz hesabına edən və sifarişçilərdən pul gözləyən şirkətlərin halı necə olsun? Axı aviabiletlərin kəskin bahalaşmasından yaranan qiymət fərqini onlara heç kim qaytarmayacaq”.

N.Bağırov onu da vurğuladı ki, AzTA gələn həftə turizm şirkətlərinin rəhbərləri ilə məsləhətləşmələrə başlayacaq. Həmin məsləhətləşmələrin nəticəsi olaraq turizm şirkətlərini necə xilas etmək barədə təkliflər paketi hazırlanacaq və Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunacaq.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *