Manatın ucuzlaşmasından kimlər itirəcək?
"Manatın ucuzlaşması nəticəsində banklardan rəsmi valyuta ilə kredit götürənlərin ödənişləri dollarla ifadədə aşağı düşəcək".
Bunu ANS PRESS-ə açıqlamasında iqtisadçı-alim Vüqar Bayramov deyib. Mütəxəssisin fikrincə, manatla kredit götürənlər dollarla ifadədə daha az ödəniş edəcəklər.
Ancaq krediti dollarla götürənlər üçün eyni şeyi şamil etmək olmaz. Belə ki, iqtisadçı hesab edir ki, dollarla kredit götürənlər manatla ifadədə daha çox pul ödəməli olacaqlar:
"Məsələn, vətəndaş 10 min dollar kredit götürübsə, əvvəl bu məbləğə görə, 7850 manat ödəməli idi. Manatın ucuzlaşmasından sonra 10 min dollar kredit götürən şəxs artıq 10 min 500 manat ödəyəcək".
Qeyd edək ki, dollarla kredit götürənlərə hesablanan faizlər də manatla ifadədə artacaq və vətəndaş kreditinin faizini daha çox ödəməli olacaq.
Mənbə:> ANSPRESS