Bakıda su qiymətinə evlər » AzNews.info -Xəbər portalı

Bakıda su qiymətinə evlər

Bakıda su qiymətinə evlər


“İpoteka kreditlərinin maksimum məbləği 50 min manatdır. Bakıda isə 50 min manata mənzil tapmaq qeyri-mümkündür”.

ANS PRESS-in məlumatına görə, bunu millət vəkili İqbal Ağazadə 2015-ci il dövlət büdcəsinin müzakirəsi zamanı deyib. O bildirib ki, ipoteka faizləri də nəzərə alınmalıdır. Onsuzda bu kreditlərinin faizlərindən müvəkkil banklardan başqa heç kim xeyir götürmür:

“Bunun əvəzinə gənclər şəhərciyi tikmək daha optimal addım olar. Gənclər aylıq 160 manat ödəməklə 25 il ərzində həmin mənzilə sahib ola bilərlər. Gələcək dövlət büdcəsində bunun layihə formasında əlavə olunması gənclərin ev problemini həll edə bilər. Çox aşağı ödənişlərlə vətəndaşlar ev sahibi ola bilərlər".

Deputat həmçinin bank sektorundakı vəziyyətlə bağlı da danışıb. İ.Ağazadə qeyd edib ki, Azərbaycanda 80% əhali banklardan kredit götürüblər. Banklar isə fantastik faizlərlə əhaliyə kreditlər verirlər:

“Mərkəzi Bank banklara dövlət pulunu 3%-lə kredit verir, ancaq nədənsə banklar əhaliyə yüksək faizlə kreditlər verirlər. 24%-lə inflyasiyanın yüksək olduğu Türkiyə də belə kreditlər verilmir. Banklar elə ilk aylardan ana borcu geri alırlar. Görün indi faizlər nə qədər yüksəkdir”.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *