Təyyarə biletləri bahalaşdı
Mərkəzi Bankın manatın kəskin devalvasiyası (ucuzlaşması) barədəki qərarından dərhal sonra aviabiletlərin də qiymətində artım baş verib.
Turizm şirkətlərindən virtualaz.org saytına verilən xəbərə görə, təyyarə biletlərinin qiymətində orta hesabla 25-30 faiz artım var.
Məsələn, Bakı-İstanbul-Bakı aviareysinə biletin qiyməti manat ucuzlaşmazdan əvvəl 260 manat 98 qəpik idisə, indi həmin biletin qiyməti 342 manat 87 qəpik olub.
Bakı-Minsk-Bakı təyyarə reysinə bilet əvvəllər 298 manat idi. İndi isə həmin bilet 392 manat 17 qəpikdir.
Bakıdan Moskvaya və geriyə uçmaq istəyənlər bileti indi 468 manat 15 qəpiyə alacaqlar. Halbuki bir gün bundan qabaq 351 manat 25 qəpiyə alırdılar. “Azərbaycan Hava Yolları” Dövlət Konserni (AZAL) təyyarə biletlərinin qiymətinin artmasını hələlik şərh etməyiblər.
Mənbə:> Virtualaz.org