Trampın yeni miqrasiya siyasətinin təfərrüatları məlum oldu
Prezident Donald Trampın yeni fərmanına görə, İraq ABŞ ərazisinə vətəndaşlarının daxil olmasına qadağa qoyulan ölkələrin siyahısından çıxarılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Vaşinqton administrasiyasındakı mənbəyə istinadən “The New York Times” yazır.
D.Trampın yeni miqrasiya fərmanını artıq bu gün imzalayacağı gözlənilir.
Mənbənin sözlərinə görə, yeni fərman ilə həmçinin ABŞ-da istənilən ölkədən qaçqınların yerləşdirilməsinə müvəqqəti qadağanı nəzərdə tutur.
Bununla yanaşı, bu qadağanın nə qədər müddət çəkəcəyi məlum deyil.
Əvvəlki fərmana görə, məcburi köçkünlərin ABŞ ərazisində yerləşdirilməsi 120 gün müddətinə dayandırılmışdı.
Mənbə:> Oxu.az