Trampın qərarı azərbaycanlılara təsir edəcəkmi?
ABŞ prezidenti Donald Trampın miqrasiya qaydalarının sərtləşdirilməsi ilə bağlı imzaladığı fərman yalnız sanksiya tətbiq edilmiş İran, İraq, Suriya, Sudan, Livan, Somali və Yəmən vətəndaşlarına aid olmayıb. Eyni zamanda, Rusiya, Belarus və digər ölkə vətəndaşları üçün də viza verilməsi qaydaları dəyişib.
Misal üçün, təkrar viza alındığı zaman son səfərdən 4 il keçmədiyi təqdirdə vətəndaşlara müsahibə keçməməyə imkan verən “The Visa Interview Waiver Program” da dəyişikliyə uğrayıb. Yeni qaydalara görə, bu müddət 12 aya qədər qısaldılıb.
Rusiya və ABŞ arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş 2012-ci ildə imzalanıb. Sənəd rusiyalılara Amerika vizalarının verilməsini asanlaşdırırdı.
Bu dəyişikliklər Azərbaycan vətəndaşlarına da şamil olunurmu? Onlara viza verilməsi qaydalarında dəyişikliklər varmı?
Virtualaz.org bu suallarla Bakıdakı Amerika diplomatik missiyasına müraciət edib. ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Mehdi Hüseynquliyevin sözlərinə görə, yaxın zamanda bu suallara rəsmi cavab veriləcək.
Mənbə:> Virtualaz.org