Venesuela ABŞ vətəndaşlarına viza rejimi tətbiq edib
Venesuela prezidenti Nikolas Maduro ABŞ-a viza rejiminin tətbiq olunduğunu elan edib.
AzNews.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, Venesuela lideri bu yolla Amerika təsirini nəzarətə almaq niyyətində olduğunu bildirib.
Maduro həmçinin ABŞ-ın Karakasdakı diplomatik korpusunun heyət tərkibini nəzərdən keçirərək ixtisar edilməsinə dair göstəriş verib.
Venesuela prezidenti qeyd edib ki, ABŞ-ın Karakasda 100-dək diplomatı olduğu halda Venesuelanın ABŞ-dakı səfirliyində cəmi 17 əməkdaş çalışır.
Mənbə:> APA