"Amerikalıları amerikalılar öldürür" KİM KARDAŞYAN DA TRAMPA QARŞI ÇIXDI
Amerika realiti-şousunun ulduzu Kim Kardaşyan da ABŞ-ın yeni prezidenti Donald Trampın miqrasiya qanunvericiliyini sərtləşdirmək qərarından narazı olanların sırasına qoşulub.
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, ö öz Twitter səhifəsində Amerika vətəndaşlarının qətllərinin statistikasını paylaşıb. Bu məlumatlara əsasən, musəlman-immiqrantlar on il ərzində cəmi iki insanı öldürüblər, halbuki həmin müddətdə ABŞ vətəndaşları təxminən 12 min həmyerlilərinin həyatına son qoyublar.
Onun tviti böyük miqdarda repostov yığıb: demək olar ki, 60 min.
Xatırladaq, ABŞ prezidenti Donald Tramp miqrasiya siyasətinin sərtləşdirilməsini nəzərdə tutan bir sıra fərmanlar imzalayıb.
Mənbə:> Virtualaz.org