Nyu Yorkda Tramp və Klinton tərəfdarları arasında qarşıdurma olub » AzNews.info -Xəbər portalı

Bölmə: Dünya

Nyu Yorkda Tramp və Klinton tərəfdarları arasında qarşıdurma olub

Nyu Yorkda Tramp və Klinton tərəfdarları arasında qarşıdurma olub


Nyu-Yorkda ABŞ prezidentliyi uğrunda mübarizə aparmış Donald Trampın və Hillari Klintonun tərəfdarları arasında qarşıdurma olub.

Aznews.info-un Trend-ə istinadən məlumatına görə, qarşıdurmaya səbəb ABŞ-ın yeni seçilmiş prezidenti D.Trampın tərəfdarlarının H.Klintonun 1974-cü ildə onu qadınları sevməməkdə ittiham etdiyini xatırlatmaları olub.

Həmçinin onlar D.Trampın “ABŞ-ı yenə də nəhəng edəcəyik” şüarını səsləndiriblər.

Kaliforniya ştatının Oklend və Berkli şəhərlərində, eləcə də Oreqon Universitetində isə respublikaçı Donald Trampın növbəti ABŞ prezidenti seçilməsindən narazı olanlar etiraz aksiyası keçirirlər.

ABŞ-ın “BuzzFeed” portalının redaktoru etraz aksiyalarından birbaşa yayım yayımlayır. Onun sözlərinə görə, Oklenddə baş tutan etiraz aksiyasında təxminən 200 adam iştirak edir. Etirazçılar “Bizim prezident deyil!” şüarı səsləndirirlər.

Xəsarət alanlar barədə məlumat verilmir.

Mənbə: Trend.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *