Tramp Obamanın yerinə keçməyə bir az da yaxınlaşdı » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Tramp Obamanın yerinə keçməyə bir az da yaxınlaşdı

Tramp Obamanın yerinə keçməyə bir az da yaxınlaşdı


ABŞ-ın İndiana ştatında keçirilmiş praymerizdə Donald Trampın sarsıdıcı qələbə qazanmasından sonra Ohayo qubernatoru Con Kasiç seçki kampaniyasını dayandırdığını elan edib.

ANS PRESS-in məlumatına görə, Kasiçin açıqlamasından bir neçə saat əvvəl texaslı senator Ted Kruz da prezidentlik uğrunda mübarizədən geri çəkildiyini elan etmişdi.

Kifayət qədər nüfuzlu siyasətçi olmasına baxmayaraq Kasiç yalnız öz doğma ştatında qələbə qazanmışdı. Səs sayında rəqiblərindən çox geri olmasına və daha az deleqatın etimadını qazanmasına baxmayaraq, Kasiç sonadək Respublikaçılar partiyasından vahid namizədlik uğrunda mübarizə aparmağı vəd etmişdi.

ABŞ-da prezidentliyə namizəd biznesmen Donald Trampın rəqiblərinin seçki kampaniyasını dayandırması mühafizəkar respublikaçıların ciddi narahatlığına səbəb olub.

Partiya rəhbərliyi arasında yekun partiya seçki qurultayında kimə dəstək olmaqla bağlı ixtilaflar yaranıb. Bəziləri Trampın gözlənilən vahid namizədliyinə etiraz olaraq seçki qeydiyyat anketlərini yandırıb.

Başqaları isə Demokratlardan olan Hilari Klintonu prezident görməkdənsə, Respublikaçı Donald Trampa dəstək olmağı üstün tutub və nyu yorklu milyonçunun kampaniyasına dəstək olanların sırasına qoşulub.

Cənubi Karolina ştatının senatoru Lindzey Qrehem çərşənbə axşamı Ted Kruzun seçki kampaniyasını dayandırmasından sonra, narahatlığını ifadə edib. “Biz Trampı seçsək, məhvə düçar olacağıq və onu seçdiyimizə görə elə buna layiq olacağıq”, - deyə senator Trampın vahid namizədliyinə qarşı çıxıb.

Buna qədər Trampın ən qatı tənqidçilərindən olan keçmiş Luiziana qubernatoru Bobbi Cindal milyonçunun uğurlarından sonra fikrini 180 dərəcə dəyişib. O Trampın Respublikaçılar partiyasından vahid namizəd seçiləcəyi təqdirdə, öz səsini ona verəcəyini bəyan edib.

İyunda seçki kampaniyasına başlayan zaman “autsayder”lərdən sayılan Tramp, əksər ştatlarda keçirilən praymerizlərdə qalib gəlib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *