“Tramp seçilsə, növbəti 11 Sentyabr ola bilər”
Trampın xarici siyasəti olduqca təhlükəlidir. Etiraf edim ki, Respublikaçılar Partiyasının daxilində fikir ayrılığı var.
Axar.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bu sözləri Respublikaçılar Partiyasının Cənubi Karolina senatoru Lindsey Qraham deyib.
O, Respublikaçıların ABŞ prezidentliyinə namizədi Donald Trampı tənqid edib:
“Trampın xarici siyasəti olduqca təhlükəlidir. Etiraf edim ki, Respublikaçılar Partiyasının daxilində fikir ayrılığı var. Trampın xarici siyasəti tək dövlətçilik deməkdir. Bu isə növbəti 11 Sentyabra səbəb ola bilər”.
Trampın isə buna cavabı gecikməyib.
“Senator Qrahamın çıxışını izlədim. Niyə onu seçkilərdə ötdüyümdən danışmır?” - Tramp Tvitterdə yazıb.
Qeyd edək ki, Qraham partiya daxilində lazımi dəstəyi almadığı üçün prezidentliyə namizədliyini geri götürüb.
Mənbə:> Axar.az