Müsəlmanları təhqir edən prezidentliyə namizədə: Demaqoqluğuna son qoyacağıq – VİDEO
Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında prezidentlik uğrunda mübarizə aparan respublikaçı siyasi lider Donald Trampa qarşı etiraz aksiyası baş tutub.
ANS PRESS-in məlumatına görə, aksiya iştirakçıları Trampın irqçi çıxışlarına qarşı etiraz şüarları səsləndiriblər. Fəallar Trampı Kaliforniyada görmək istəmədiklərini bildiriblər.
“Donald Trampın irqçi ifadələrinə son qoymağa gəlmişik. Trampa demək istəyirik ki, onun irqçi demaqoqluğuna qarşı hərəkat başlatmışıq. Onun ölkədə mühacirlərə qarşı hücumlara təhrik edən çıxışlarını hədə almışıq. O, çox təhlükəlidir”, - etirazçı İvet Felarka
“Donald Tramp siyasi platformasını nifrət yaratmaq üçün istifadə edir. Burada toplaşmağımızın məqsədi odur ki, biz ona irqçiliyə qarşı səbrli davranmayacağımızı bildirmək istəyirik”, - etirazçı Angela Densev. bildirib.
Aksiyada Trampın qadınlara qarşı alçaldıcı sözlərini də təndiq hədəfində olub.
Tramp seçki kampaniyalarından biri zamanı abort etdirən qadınlara qarşı sərt cəza tədbirlərinin görülməsini tələb etmişdi.
Aksiya zamanı fəallarla təhlükəsizlik qüvvələri arasında ara-sıra gərginlik yaşanıb.
Tramp etirazlar fonunda partiyasının iclasına qatılıb. Etirazlarla əlaqədar Tramp partiyanın qərargahına arxa qapıdan girmək məcburiyyətində qalıb.
Bu gün Kaliforniyada irqçilikdə ittiham olunan Tramp ötən ayın sonlarında müsəlmanlara qarşı çıxışlarla gündəmə gəlmişdi. O bildirmişdi ki, Müsəlmanlar ABŞ-ın təhlükəsizliyi üçün ciddi problem kəsb edirlər və buna görə də, onların ölkə ərazisinə buraxılması məhdudlaşdırılmalıdır.
“Minlərlə müsəlman bizim ölkəmizə gəlir, biz isə onların kim olduğunu bilmirik. Bu, təhlükəsizliyimiz üçün böyük problemdir. Müvəqqəti olaraq sərhədlər müsəlmanların üzünə bağlanılmalıdır", - Tramp bildirib.
Mənbə:> ANSPRESS