Donald Trampın prezident seçilməsi ABŞ - Azərbaycan münasibətinə necə təsir edəcək? » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Dünya

Donald Trampın prezident seçilməsi ABŞ - Azərbaycan münasibətinə necə təsir edəcək? – AÇIQLAMA

Donald Trampın prezident seçilməsi ABŞ - Azərbaycan münasibətinə necə təsir edəcək?


Xəbər verdiyimiz kimi, ABŞ-ın yeni prezidentinin adı məlum olub.

Amerikada Donald Trampın prezident seçilməsi, ABŞ-ın dünya siyasətinə eləcə də Azərbaycana münasibətinə necə təsir edəcək?

Azxeber.com bu sualla politoluq Fikrət Sadıqova müraciət edib. O deyib ki, Trampın qələbəsinə təəcüblənməyib: "Əslində Trampın seçkilərdə qalib gəlməsi heç də şübhə altında deyildir. Bu iki namizədin: həm Hillari Klinton, həm də Donald Trampın mübarizə yarışı onu göstərirdi ki, xanım Kilinton o qədər də güclü bir namizəd deyil. Amerika vətəndaşları sistemli siyasətçilərdən artıq yorulub. Onlar hesab edir ki, demokratların Ağ Evdə qalması artıq uzun müddət oldu. Barak Obama və ondan sonra Hillari Klintonun seçilməsi o qədər də müsbət bir hal sayılmırdı. Açıq şəkildə Amerika siyasi liqası, eləcə də onların seçiciləri son illər Ağ evin apardığı siyasətdən heç də razı deyildilər. Mən ilk növbədə yaxın Şərqdə baş verən hadisələri nəzərdə tuturam. ABŞ-ın buna müdaxiləsi, digər tərəfdən Rusiyayla qarşıdurma eyni zamanda onların bir sıra xarici siyasət sahəsindəki səhvlərini də seçici yaxşı başa düşür.

Politoloq ABŞ-Azərbaycan münasibətlərindən də danışıb: "Azərbaycana gəincə, Amerikada Respublikaçılar hakimiyyətdə olanda həm Corc Buş, həm də ata Buşun zamanında bizim münsibətimiz pis olmayıb. Onu da yaddan çıxarmayaq ki, indi seçilən Donald Trampın Azərbaycanla bağlı inşaat, biznes və s. sahələrdə müəyyən maraqları var. Bu ABŞ-ın maraqlarına cavab verən amillərdəndir. Bundan sonra Azərbaycan-ABŞ münasibətləri məncə normal inkişaf edə bilər. Təbii ki biz özümüz də Qafqaz regionunda inkişaf etmiş bir dövlətik. Bizə marağı olan bir sıra dövlətlər göz önündədir. Elə götürək Avropa və ABŞ-ın enerji layihələri və nəqliyyat sahəsindəki maraqları birbaşa Azərbaycanın üzərinə yönəlib. Mənə elə gəlir ki, bu özü-özlüyündə müsbət bir nəticə verəcək və münasibət daha da istiləşəcək".

Mənbə: Azxeber.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *