İvanka Tramp – ABŞ-ın yeni prezidentinin “ulduzu” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Dünya

İvanka Tramp – ABŞ-ın yeni prezidentinin “ulduzu”

İvanka Tramp – ABŞ-ın yeni prezidentinin “ulduzu”


ABŞ-ın yeni prezidenti Donald Tramp yetmiş yaşına qədər yalnız uğurlu biznes deyil, eləcə də çoxmilyardlıq korporasiya, böyük ailə qura bilib. Ailəsinin ən böyük qüruru isə qızı İvankadır.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, İvanka Tramp müasir amerikalı qadının parlaq nümunəsinə çevrilib: 35 yaşlı xanım xoşbəxt qadın və üç uşaq anasıdır, uğurlu biznes-ledidir, comərd filantrop və uğurlu yazıçıdır.

Onun adı bütün dünyada məşhurdur, haqqında tərif dolu məqalələr yazırlar. Bu məqalələr dəb jurnalları ilə yanaşı, biznes jurnallarında da dərc edilir. “Qızıl qızın” nə qədər valideyn pulu xərclədiyindən deyil, “Trump Organization”a nə qədər xeyir gətirdiyindən daha çox yazırlar. Trampın qızına olan etibarı böyükdür, mühüm sazişlərin bağlanması məhz ona etibar edilir.

KİV və politoloqlar onu respublikaçını seçkilərdə qələbəyə aparan “Trampın ulduzu” adlandırırlar. İvanka bütün qüvvəsi ilə atasının seçki kampaniyasını dəstəkləyir, fəal şəkildə kampaniyada iştirak edir və tərəf seçməkdə tərəddüd edən seçiciləri atasının tərəfinə cəlb edirdi. Bununla yanaşı, mətbuatın fikrincə, Trampın arvadı Melanya yox, məhz qızı ABŞ-ın əsl birinci xanımı olacaq.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *