Tramp ilk növbədə vergiləri azaltmaq niyyətindədir
ABŞ prezidenti seçilmiş Donald Tramp, ilk növbədə vergi, səhiyyə və miqrasiya məsələləri ilə məğul olmaq niyyətindədir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, öz planları haqqında jurnalistlərə o, Konqressin Nümayəndələr palatasının sədri, respublikaçı Pol Rayan ilə görüşdükdən sonra bəyan edib.
“Bildiyiniz kimi vergiləri azaltmaq istəyirik. Düşünürəm ki, Amerika xalqı üçün çox yaxşı şeylər edəcəyik”, - milyardçı deyib.
Rayan ilə söhbətinin tam mövzusu hələlik aydın deyil. Görüşdə, həmçinin gələcək vitse-prezident Maykl Pens və yeni birinci xanım Melanya Tramp da iştirak edib. Bundan sonra yeni seçilmiş prezident respublikaçıların Senatdakı lideri Mitç Makkonnell ilə də görüşüb.
Mənbə:> Oxu.az