Trampın telefon danışığı qalmaqala səbəb oldu » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Sosial

Trampın telefon danışığı qalmaqala səbəb oldu

Trampın telefon danışığı qalmaqala səbəb oldu


ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Tayvan administrasiyasının rəhbəri Tsay İnven ilə apardığı telefon danışığından yazıb.

AzNews.info APA-ya istinadən xəbər verir ki, bu barədə Tramp özünün “Tvitter” səhifəsində yazıb.

“Bu gün Tayvan prezidenti xanım İnven zəng edərək qələbə münasibəti ilə məni təbrik etdi. Təşəkkür edirəm!”, - Tramp qeyd edib.

“The New York Times” qəzetinin məlumatına görə, Donald Tramp Tayvan administrasiyasının rəhbəri ilə telefon danışığını Ağ Evlə razılaşdırmayıb.

“Bu, rəsmi Vaşinqtonla Pekin arasında münasibətlərə xələl gətirə bilər”, - qəzetə Obama administrasiyasındakı mənbə bildirib. Qəzet xatırladır ki, 1979-cu ildən etibarən ABŞ-ın fəaliyyətdə olan və yaxud yeni seçilən prezidentləri Tayvan rəhbərləri ilə ünsiyyət qurmayıb.

Buna cavab olaraq Tramp “Tvitter”də yazıb: “Çox maraqlıdır. ABŞ Tayvana milyardlarla dollar məbləğində hərbi texnika satır. Mən isə telefon zəngini qəbul edə bilmərəm”.

CNN telekanalının xəbərinə görə, rəsmi Pekin adıçəkilən telefon danışığı ilə əlaqədar artıq Ağ Evlə əlaqə saxlayıb.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *