ABŞ-da məhkəmə prezidentin miqrasiya fərmanının icrasını dayandırıb » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

ABŞ-da məhkəmə prezidentin miqrasiya fərmanının icrasını dayandırıb

ABŞ-da məhkəmə prezidentin miqrasiya fərmanının icrasını dayandırıb


ABŞ-ın Sərhəd Xidməti Vaşinqton ştatında federal məhkəmənin ölkə prezidenti Donald Trampın miqrasiya haqqında fərmanının icrasını müvəqqəti qadağan edən qərarından sonra aviaşirkətlərə qadağaya məruz qalmış ölkələrin sərnişinlərini daşımaq icazəsi verib.

AzNews.info Report-a istinadən xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbəyə istinadən CNN telekanalı məlumat yayıb.

Cümə günü ABŞ-ın Sietl şəhər federal məhkəməsi prezident Donald Trampın immiqrasiya rejiminin sərtləşdirilməsinə yönəlmiş fərmanının icrasının qismən dayandırılması barədə qərar qəbul edib. Qeyd olunur ki, məhkəmə əmri bütün ölkə miqyasında qüvvədədir.

Məhkəmə iddiasını Vaşinqton ştatının baş prokuroru Bob Ferqyuson qaldırıb. O, məhkəmənin bu fərmanları qeyri-konstruktiv hesab etməsinə nail olacağını bildirib. İddiaya Minnesot ştatı rəhbərliyi də qoşulub.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *