KİV: Tramp administrasiyası Rusiyaya qarşı sanksiyaların ləğvinə dair sərəncam hazırlayıb
ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması barədə sərəncam hazırlayıb.
Oxu.Az UNİAN-a istinadən xəbər verir ki, bu barədə “Twitter” hesabında “Atlantic Council” analitik mərkəzin elmi işçisi Fabris Potye öz mənbələrinə istinadən yazıb. Bundan başqa, “Politico” nəşrinin əməkdaşı Syuzen Qlasser də bu məlumatı təsdiqləyib.
Potye yazıb ki, bir neçə mənbə sanksiyaların birtərəfli qaydada götürüləcəyinə dair məlumat verib.
“Mənbələr prezidentin Rusiyaya qarşı sanksiyaların qaldırılması üzrə fərmanının hazır olduğunu bildirib” – Potyenin məlumatında yazılıb.
Hansı sanksiyalardan söhbət getdiyi dəqiqləşdirilmir. Daha öncə ABŞ KİV-nə Donlad Trampın Rusiya prezidenti Vladimir Putin ilə telefon əlaqəsi quracağı məlum olub. Bu telefon danışığının artıq bu həftə sonuna planlaşdırıldığı barədə NBC kanalının jurnalisti Heyli Cekson bildirmişdi.
Mənbə:> Oxu.Az