Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzatdı
Avropa İttifaqına üzv ölkələrin XİN rəhbərləri bazar ertəsi, Avropa İttifaqının Rusiyaya qarşı məhdudiyyət tədbirlərinə dəyişiklikləri qəbul edərək Rusiya Federasiyasına qarşı iqtisadi sanksiyaların müddətini 2016-cı ilin yanvar ayının 31-nə qədər uzadıblar, bu barədə Aİ şurası bildirib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, iyun ayının 17-də keçirilən iclasda bu məsələ XİN rəhbərlərinin müzakirəsinə çıxarılıb və Aİ-yə üzv ölkələrin daimi nümayəndələri sanksiyaların 2016-cı ilin yanvar ayının 31-nə kimi uzatmağı razılaşdırıblar.
Bazar ertəsi nazirlər Lüksemburqda sektor tədbirlərinin müddətinin uzadılması qərarını qəbul ediblər. O, əlavə müzakirəsiz qəbul edilən “A” müddəlarının sırasına daxil edilmişdi.
““A” müddəaları qəbul edildi, Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı”- məlumatda deyilir.
Mənbə:> Oxu.Az