Obamadan Putinə zərbə » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Obamadan Putinə zərbə

Obamadan Putinə zərbə


ABŞ prezidenti Barak Obama 6 mart 2014-cü ildə qəbul edilən, Rusiyaya qarşı sanksiyaları daha bir il uzadıb.

ANS PRESS-in məlumatına görə, Gazeta.ru xəbər verir ki, bu barədə Ağ ev bəyanat yayıb.

Ağ evin yaydığı bəyanatda ABŞ-ın 16-20 mart eləcə də 19 dekabr tarixlərində Ukraynada olan vəziyyətlə bağlı Rusiyaya qarşı sanksiyalarda 3 dəfə dəyişiklik etməsi də nəzərə çatdırılır.

Qeyd edək ki, bu gün qərb liderləri Belarus paytaxtı Minskdə keçən ay əldə edilmiş atəşkəsə əməl olunmasa beynəlxalq ictimaiyyəti daha cidd reaksiya verməyə çağırıb.

ABŞ prezidenti Barak Obama, Fransa, Almaniya, Britaniya, İtaliya liderləri və Avropa Şurasının başçısı Donald Task video bağlantı zamanı Ukraynada vəziyyət və qlobal təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Video konfrans Ukraynanın şərqində zorakılıqların davam etdiyi vaxt keirilib. Dövlət başçıları müşahidəçilər və sülhümühazifə qüvvələrinin oynayacağı rolu, həmçinin Rusiyayaya qarşı Ukraynada separatçıları dəstəklədiyinə görə əlavə sanksiyaların mümkünlüyü məsələsini nəzərdən keçirir.

“Qərb ölkələrinin liderləri Minsk razılaşmalarının bundan sonra da pozulması davam etsə, əlavə sanksiyaların tətbiq edilməsinə hazırdır”-deyə Avropa Şurasının bəyanatında bildirilir.

Xatırladaq ki, Birləşmiş Ştatlar və Avropa müttəfiqləri Rusiyanı regiona əsgəri qüvvə və Moskva tərəfdarı separatçılara silah göndərməklə münaqişəni qızışdırmaqda ittiham edir. Rusiya bu ittihamları rədd edir.

Hazırda isə rəsmi Vaşinqton Kiyevə hərbi silah göndərilməsi variantını da nəzərdən keçirir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *