Türkiyədə partlayış: Ölənlər var – YENİLƏNİB
Türkiyənin Şanlıurfa vilayətində törədilən partlayış nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, partlayışdan sonra əmələ gələn dağıntılar altından kişi meyiti tapılıb.
Viranşehir rayonunda baş verən hadisə nəticəsində yaralananların sayı 18-ə çatıb. Onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.
Bundan əvvəl minalanmış avtomobilin partladılması nəticəsində 3 yaşlı uşağın öldüyü, 15 nəfərin xəsarət aldığı bildirilirdi. Dəqiqləşdirilmiş məlumata görə, insident nəticəsində həyatını itirən uşaq 11 yaşlı Əhməd Oqtay Günak olub. Partlayışın PKK tərəfindən törədildiyi bildirilir.
00:05
Türkiyənin şərqində məhkəmə və prokurorluq işçilərinin mənzillərinin yerləşdiyi binanın yaxınlığında partlayış baş verib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, daha 10 nəfər yaralanıb.
İnsident Şanlıurfa vilayətinin Viranşehir şəhərində qeydə alınıb.
Mənbə:> Oxu.az